EN

Tramp Milli Qvardiyanı Arkanzas ştatına göndərdi

ABŞ prezidenti Donald Tramp həftəsonu baş verən tornado və fırtınaların nəticələrinin aradan qaldırılmasında yerli hakimiyyət orqanlarına dəstək olmaq üçün Arkanzasa Milli Qvardiya göndərib.

Ucnoqta.az xəbər verir ki, Tramp Ağ Evin yaydığı bəyanatda bildirib.
"Biz Cənub və Orta Qərbdə bir çox ştatlara təsir edən şiddətli tornadoları və tufanları fəal şəkildə izləyirik. Milli Qvardiya Arkanzasda yerləşdirilib və mənim administrasiyam əyalət və yerli hökumətlərə icmalarına dəyən ziyanı bərpa etməkdə köməklik göstərməyə hazırdır", - o, qeyd edib.

Ötən cümə və şənbə günləri Amerikanın cənub və orta qərbində bir sıra dağıdıcı tornado və tufanlar baş verdi. Nəticədə 40-a yaxın adam ölüb

Chosen
42
ucnoqta.az

1Sources