EN

Tramp Putinlə danışacağı tarixi açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp yanvarın 18-də rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını açıqlayıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
"Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Çərşənbə axşamına qədər nəyisə elan etməyimiz mümkündür. Mən çərşənbə axşamı Prezident Putinlə danışacağam", - deyə Ağ Ev rəhbəri jurnalistlərə verdiyi açıqlamasında vurğulayıb.
D.Tramp bildirib ki, V.Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.
"Biz ərazilərdən danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir", - deyə D.Tramp qeyd edib.
Chosen
84
50
oxu.az

10Sources