EN

Naxçıvanda zəncirvarı qəza - xəsarət alan var - FOTOlar

Naxçıvan şəhərində zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

İşıqforda hərəkətdə olan 67-BJ-719 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil, 68-BC-663 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil və "Toyota" markalı avtomobil toqquşub. Qəza nəticəsində Kəngərli rayon Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Mirvari Nəhayət qızı xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
10
9
milli.az

10Sources