
Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar, martın 17-dən 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.“Ulusum”.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, dəyişikliyə əsasən, 17 nömrəli marşrut avtobuslarının hərəkəti Fətəli xan Xoyski, Ağa Nemətulla və Təbriz küçələri, əks istiqamətdə isə Təbriz, Ağa Nemətulla və Fətəli xan Xoyski küçələri ilə, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək. 24 nömrəli marşrut avtobuslarının hərəkəti isə Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli və Təbriz küçələri, əks istiqamətdə Əhməd Rəcəbli küçəsi və Ziya Bünyadov prospekti ilə, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.
Diqqət Çəkənlər
Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş - FOTO - VİDEO
ABŞ-da güclü qasırğa - Ölənlər var
Ukrayna Rusiyanı "Neptun"la vurdu