“Sumqayıt” Premyer Liqada 400-cü qolunu vurub.
Msport.az xəbər verir ki, bu, 27-ci turun “Turan Tovuz”la səfər oyununda reallaşıb.
2:1 hesablı qələbə qazanan “gənclik şəhəri” təmsilçisinin ikinci qolu yubileylə yadda qalıb. Həmin qolun müəllifi 64-cü dəqiqədə Bobir Abdixolikov olub.
“Sumqayıt” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komandadır. Komanda buna 427 matçda nail olub. Həmin toplardan 210-u evdə, 190-ı səfərdə baş tutub.
Qeyd edək ki, “Sumqayıt”ın Premyer Liqada ilk qolunu 2011-12 mövsümündə Eşqin Quliyev vurub.