EN

ABŞ Rusiyanın Ukraynadakı hərəkətlərinin araşdırılması üzrə qrupdan çıxdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Ukrayna müharibəsi kontekstində Rusiya üzrə beynəlxalq araşdırma qrupundan çıxmaq qərarına gəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" nəşri məlumat verib.
Məlumata görə, ABŞ nümayəndələri artıq bu barədə avropalı həmkarlarını xəbərdar ediblər.
"ABŞ Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaq üçün yaradılmış çoxmillətli qrupdan çıxır", - deyə nəşrin materialında bildirilib.
Müəlliflər qeyd ediblər ki, bu qərar ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Ukrayna münaqişəsinə yanaşmasının dəyişdiyini əks etdirir.
Qeyd edək ki, ABŞ 2023-cü ildə Rusiya və müttəfiqlərinin hərəkətlərinin araşdırılması üzrə qrupa qoşulub. ABŞ Avropadan kənarda yeganə ölkə idi ki, qrupla aktiv şəkildə əlaqə saxlayırdı və istintaqda iştirak edirdi.
Chosen
83
50
oxu.az

10Sources