EN

Şimali Koreyadan çağırış: Birinci siz edin!

Nüvə silahından imtina ilk növbədə beynəlxalq nüvə böhranının genişlənməsinin təşəbbüskarı olan G7 ölkələrindən başlamalıdır. 

Paralel.az xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin martın 17-də yaydığı bəyanatda deyilir.

“ABŞ və onun müttəfiqlərindən ibarət G7 beynəlxalq nüvə böhranının yaranması və kəskinləşməsinin səbəbkarı olduğundan nüvə proqramından da tam imtina onlardan başlamalıdır", -  bəyanatda qeyd olunub. 

Bəyanatda həmçinin bildirilir ki, “Böyük yeddilik” ilk növbədə nüvəsizləşdirmə və ya nüvə silahından imtina haqqında danışmadan əvvəl öz anaxronist nüvə hegemonluğu ambisiyalarından tamamilə əl çəkməlidir.

Şimali Koreyanın nüvə silahına malik olmasına gəldikdə naziriliyin məlumatında deyilir ki, KXDR-nin nüvə dövləti kimi ölkənin ali qanununda əbədi olaraq təsbit olunmuş statusu onu kimin tanıyıb-tanımamasından asılı olmayaraq dəyişməyəcək: “Nüvə silahı ölkənin suverenliyini, ərazi bütövlüyünü və əsas maraqlarını qorumaqla yanaşı, eləcə də dünyanın sabitliyi, sabitliyinin təminatçısı kimi əbədi olaraq mövcud olacaq”.

Mürtəza
Paralel.az

Chosen
6
1
paralel.az

4Sources