EN

"Sabah" tarixi rekorda şərik çıxdı

“Sabah” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 14-cü heç-heçəsini edib.

Publika.az xəbər verir ki, bu, 27-ci turun “Zirə” ilə görüşünə təsadüf edib – 1:1. Bununla da ölkə çempionatları tarixinin rekordu təkrarlanıb.

Peşəkar Futbol Liqasının məlumatına görə, “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıb.

Bunadək üç dəfə eyni klub 14 “sülh”ə imza atıb. 2009/10 mövsümündə “Neftçi”, üç il sonra “Bakı”32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib.

Chosen
21
14
publika.az

10Sources