EN

Azərbaycan öz gücünə güvənən dövlətdir - Vüqar Rəhimzadə

Bakı. Trend:

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işini başaçatdırdı. Forumun istər açılış mərasimində, istərsə də paneliclaslarda aparılan müzakirələrlə, səsləndirilən çağırışlarlahazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Onu daqeyd edək ki, Prezident İlham Əliyev martın 13-də XII Qlobal BakıForumu zamanı “Euronews” televiziyasına müsahibə verdi. Müsahibədəəsas diqqət yeni dünya nizamının formalaşmasına, regiondavəziyyətə, Azərbaycanın bununla bağlı mövqeyinə, həmçinin baş verənhadisələrdən kollektiv yanaşma olaraq nəyi öyrənərək irəliyə doğruatılacaq addımlara yönəldildi. XII Qlobal Bakı Forumunda qlobalaktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı,BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işlərivə orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzularmüzakirə olundu. Tədbir beynəlxalq liderləri bir araya gətirərəkqlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərinmüzakirəsinə şərait yaratdı. Azərbaycanın qlobal miqyasda etibarlıtərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edənbir ölkə kimi rolu daha da artdı. Prezident İlham Əliyevin“Euronews” televiziyasına müsahibəsi XII Qlobal Bakı Forumunun özişinə başladığı vaxta təsadüf etdiyi üçün tədbirdən gözəntilərdiqqətdə oldu. İştirakçıların beynəlxalq arenada vəziyyətin kəskinşəkildə dəyişdiyi bir vaxtda ənənəvi olaraq qlobal gündəlikdə duranməsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarınıbölüşəcəklərinə əminliyini ifadə edən dövlət başçısı İlham Əliyevvurğuladı ki, Forumun iştirakçılarının adları onun potensialını əksetdirir. Burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan,sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyüktəcrübəyə və biliyə malikdirlər. Artıq açılış sessiyasından dabəlli oldu ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur.Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Forumdahər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərəyanaşmanın formalaşmasında Forumun vacib rolu var.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, Qlobal Bakı forumlarındadinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər,bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik vədigər zəmində baş verən münaqişələr və bir sıra digər qlobalproblemlər geniş müzakirə edilir, onların həlli yollarınıntapılması istiqamətində təhlillər aparılır. Bu gün Azərbaycan həmdə multikultural mühiti ilə tanınır. Şərqlə Qərbin qovuşağındayerləşən Azərbaycanın enerji və tranzit imkanları yeni layihələringündəmə gətirilməsini şərtləndirir ki, bu da öz növbəsində ölkələr,xalqlar arasında qurulan əlaqələri daha da möhkəmləndirir. XIIQlobal Bakı Forum bu hədəfə doğru mühüm addımların atılmasınastimul oldu. Ümumilikdə Forum sülhə, təhlükəsizliyə, əməkdaşlığaçağırış oldu. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təminedilməsi üçün Azərbaycanın Ermənistana təklif etdiyi sülhmüqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyət də diqqətgöstərilən məsələlər sırasında oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, Forumun mövzusu özündə hazırkıdövrün çağırışını ehtiva etdi. Dövlət başçısı İlham Əliyevsözügedən müsahiəsində hər bir ölkənin qlobal səviyyədə üzləşdiyiəsas çağırışlardan bəhs edərək bildirdi ki, hazırda yeni qaydalarınmüəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamıartıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindənistifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəllideyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, hərbir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çoxdiqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqaarxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanıolan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurmasıbaxımından böyük təcrübəsi var. Gələcək üçün vacib məsələlərdənbiri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətədeyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər.Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayişetdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, qlobaltransformasiyanın ilkin mərhələsindəyik, bir çox məsələ hadisələringedişatından asılı olacaq.

Milli Məclisin deputatı regionda baş verən dəyişikliklərlə bağlıAzərbaycanın mövqeyinə də diqqəti yönəldib. Prezident İlham Əliyevbu çağırışı səsləndirdi ki, ətrafımızda baş verən böhranlardanregionumuzun qorunması vacib məsələdir. Təəssüflər olsun ki,onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsiolub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi bunayönəltməliyik. Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəlitəhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğukimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Regionda baş verəndəyişiklərdən kollektiv olaraq nəyi öyrənərək irəliyə getməyinmümkünlüyünə gəldikdə isə dövlətimizin başçısı Ilham Əliyevbildirdi ki, qlobal nizamı olduqca düzgün qiymətləndirdik. Millimaraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisataarxalanmamışıq.

Azərbaycan hazırda müstəqil siyasətinin uğurlarını yaşayır.İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin siysi mövqeyininmöhkəmlənməsində əhəmiyyətli rol oynadı. “Əsrin müqaviləsi”Azərbaycana iqtisadi və siyasi dividendlər gətirdi, etibarlıtərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bunun nəticəsi olaraq2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Həmçinin çoxtərəfliəməkdaşlığın başlanğıcı kimi qəbul edilən Cənub Qaz Dəhlizi tamtərkibdə istifadəyə verildi. Azərbaycanın regional inkişafınaparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimiartan rolu göz qabağındadır. Azərbaycan reallaşdırdığı enerjilayihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir.Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsiningöstəricisi Bakı nailiyyəti oldu. Belə ki, iqlim diplomatiyasındadönüş nöqtəsi olan COP29 çoxtərəfliliyin təntənəsi kimidəyərləndirildi. Ümumilikdə Azərbaycan əməkdaşlığın coğrafiyasınıngenişləndirilməsində maraqlıdır və bunu real addımları ilətəsdiqləyir. Dövlət başçısı İham Əliyev sözügedən müsahibəsində onuda qeyd etdi ki, hər bir ölkə bilməlidir ki, o, öz taleyininsahibidir. Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçünbir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımınabel bağlasanız, bu, sizi zəiflədəcək. Belə yardımın daimi olacağınadair heç bir zəmanət yoxdur. Əgər siz həmişə kimdənsə asılısınızsavə həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək,həmin şəxs gəlib sizdən hesabat istəyəcək.

Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasətinəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasınaçevrilib. Öz gücünə güvənərək, gələcəyini özü quran Azərbaycansiyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xaricisiyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətindiqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı,ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığınmühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi dəAzərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalqarenadakı mövqeyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevregionun gələcəyi ilə bağlı baxışlarını diqqətə çatdırdı. Realistolmağa üstünlük verdiyini önə çəkən dövlət başçısı İlham Əliyevvurğuladı ki, növbəti aylar və ya hətta illərdə sabitliyə nailolacağımızı düşünmür. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə,hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağınadair heç bir zəmanət yoxdur. 30 illik işğal dövrünün reallıqlarınıntəhlili əsasında belə ümumiləşdirilmə aparıldı ki, 1994-cü ildəAzərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu,müharibənin sona çatması demək deyildi. Hətta indiki dövrdə, İkinciQarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq,Ermənistanla sülh müqaviləmiz yoxdur. Sakitlikdir, itkilər yoxdurvə bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişiimzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanınbütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etməkolar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır. Həllinitapmış münaqişə axtarılırsa, Qarabağda olan münaqişə öz həllinitapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmışyeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.

Millət vəkili yeni dünya nizamının yenidən düşünüldüyünü önəçəkərək onu da əlavə edib ki, geosiyasi dəyişikliklər Vaşinqtondabaş verən hadisələrdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq. Trampadministrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclütərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.

Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri istərikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilindəəlaqələrinin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır.Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq vəhörmət prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin daxiliişinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməzhesab edir. Azərbaycan müstəqil, çoxşaxəli xarici siyasəti iləənənəvi tərəfdaşları ilə əlaqələrini daha da möhkəmləndirir, yenikörpüər salmaqla dostlarının sayını artırır.

Chosen
34
5
az.trend.az

6Sources