EN

Xaçmazda külli miqdarda narkotik vasitə aşkarlandI- FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 39 yaşlı Rəşad Dadaşzadə saxlanılıb. 

News365.az xəbər verir ki, Ondan 2 kiloqram marixuana, yarım kiloqram tiryək, külli miqdarda psixotrop maddə metamfetamin və metadon həblər aşkarlanaraq götürülüb. 

Rəşad Dadaşzadə ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Chosen
4
5
news365.az

9Sources