EN

“Barselona”nın müdafiəçisi millidən kənarlaşdırıldı

style='margin-bottom:10px;'>

“Barselona”nın müdafiəçisi İniqo Martines İspaniya millisinin heyətindən çıxarılıb.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu sağ dizindəki perimenissit (menisküs ətrafının iltihabı) səbəbindən qarşıdakı oyunlar üçün İspaniya millisinə kömək edə bilməyəcək.

Milli komandanın baş məşqçisi Luis de la Fuente onun yerinə “Bornmut”dan Dekan Heyseni çağırıb.

Qeyd edək ki, İspaniya millisi martın 20-də və 23-də UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderland yığması ilə iki görüş keçirəcək.

Chosen
49
7
teleqraf.com

8Sources