EN

ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvi vacibdir - XİN rəhbəri

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovAzərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçünXarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirindəiştirak və çıxış edib.

Trend xəbər verir ki,C.Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayrammünasibətilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıqarzu edib.

İslam dünyasını bir-birinə bağlayan by müqəddəs ayın yüksəkmənəvi dəyərləri aşıladığı vurğulanıb. Azərbaycan cəmiyyətininmilli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmalarınnümayəndələrinin sülh içində birgəyaşayış təcrübəsində İslamdininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.

Bununla belə, dünyamızda İslam dininə qarşı çevriləndiskriminasiya, dini zəmində zorakılıq halları, İslamofobiyameylləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsindəyaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb.İslam dünyasındakı birlik və həmrəyliyin bu kimi çağırışlarlamübarizədə əhəmiyyəti vurğulanıb.

Nazir, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyiŞanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması,keçmiş münaqişəyə son qoyulmasından sonra bölgəmizdəki dinamikinkişafdan ətraflı bəhs edib, ərazi bütövlüyümüz və suverenliyimizuğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini yadedib.

Post-münaqişə dövründə baş verən proseslər barədə danışan nazirçıxışı zamanı Azərbaycan və Ermənistan arasında Sülh vəDövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Sazişlayihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.Bununla yanaşı, sazişin imzalanması üçün Ermənistankonstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradanqaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi tələbimiz birdaha vurğulanıb. Bu xüsusda, ATƏT-in artıq aktual olmayan Minskqrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyidiqqətə çatdırılıb.

Daha sonra Azərbaydanda akkreditə olunmuş diplomatik korpusunduayeni, Fələstinin ölkəmizdəki səfiri Nəssir Əbdül Kərim ƏbdülRəhim çıxış edərək, Ramazan ayı münasibətilə təbriklərini, eləcə dəbu mübarək ayda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən“Dostluq” ordeni ilə təltif olunmasından şərəf duyduğunu diqqətəçatdırıb.

Sonra isə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi tərəfindəniftar duası oxunub, tədbir iştirakçıları üçün iftar süfrəsiaçılıb.

Məqalədə:
Chosen
17
27
az.trend.az

10Sources