EN

Pos-terminallarda problem: ödəniş etmək mümkün deyil

Azərbaycanda nağdsız ödənişlərdə problem yaranıb.

Ölkə.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda pos-terminallarla ödəniş etmək mümkün deyil.

İctimai iaşə obyektlərində, supermarket şəbəkələrində kartla ödəniş mümkün olmadığından, ödəniş nağd şəkildə tələb olunur.

Problemin nədən qaynaqlandığı hələlik məlum deyil.

Chosen
67
7
olke.az

9Sources