Bakı, 17 mart, AZƏRTAC
Bu gün Türkiyə, İraq, Suriyadan olan türkman QHT-lərindən ibarət nümayəndə heyəti QHT-lərə Dövlət Dəstəyi Agentliyində olub.
AZƏRTAC xəbər verir ki, icraçı direktor Aygün Əliyeva heyətə Agentliyin fəaliyyəti barədə ətraflı məlumat verib, türkman QHT-ləri ilə əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib. Türkman təşkilatları Azərbaycanda türkman irsinə yüksək qiymət verilməsini, tarixi-mədəni köklərə bağlılığı
xüsusi qeyd ediblər və buna görə Azərbaycan dövlətinə təşəkkür ediblər.