EN

Mövqelərimiz yenə atəşə tutuldu - MN RƏSMİ MƏLUMAT YAYDI


Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub.
Bu barədə Gender.az-a Müdafiə Nazirliyindən bildirilib.
Belə ki, martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Chosen
85
49
gender.az

10Sources