EN

Rəsmi Vaşinqton Ukraynadakı müharibənin səbəbkarını açıqladı

"Ukraynada hərbi əməliyyatlar Prezident Co Baydenin başçılıq etdiyi ABŞ-nin əvvəlki administrasiyasının təqsiri üzündən başlayıb".

hakimiyyet.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Düşünürəm ki, bu müharibənin başlamasının səbəbi elə əvvəlki administrasiyadır", - deyə o, Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən bildirib.

K.Livitt əlavə edib ki, Ukraynada münaqişənin nizamlanması üzrə danışıqların tərəfləri sülhə indi heç vaxt bu qədər yaxın olmayıblar.

Chosen
65
1
hakimiyyet.az

10Sources