1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Husilər öz hücumlarını həyata keçirməkdən imtina edərlərsə, ABŞ onlara qarşı əməliyyatı dayandırmağa hazırdır".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell deyib.
Onun sözlərinə görə, husilər bütün bunların nə vaxt qurtaracağını müəyyənləşdirə bilərlər: "Lakin həmin vaxta qədər ABŞ-nin əməliyyatı güzəştsiz şəkildə davam edəcək".
Bu arada ABŞ ordusunun Yəməndə husilərin nəzarəti altında olan Hudeydə vilayətinə hava hücumu nəticəsində metallurgiya zavodu dağıdılıb.