EN

Lənkəranda zəlzələ oldu

Lənkəran stansiyasından 19 kilometr şimalda Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 00:48-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,5-ə bərabər olub.

Dərinliyi 37 km olan zəlzələ hiss olunmayıb.

Chosen
40
18
qafqazinfo.az

10Sources