EN

Məşhur narkokartelin lideri öldürüldü: prezidentə qarşı sui-qəsd hazırlayıb

Kolumbiyada ölkə prezidenti Qustavo Petroya qarşı sui-qəsd hazırlayan “Körfəz klanı” narkokartelinin liderlərindən biri məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə Kolumbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyatı silahlı qüvvələrlə polis birlikdə keçirib. Əməliyyat Kolumbiyanın qərbindəki Vall-del-Kauka departamentində aparılıb.

Chosen
59
2
publika.az

10Sources