EN

Məğlubiyyətdən bezən baş məşqçidən MARAQLI ŞƏRH

"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XIX turununda keçirilən "Sumqayıt"la oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib.

"Oyuna yaxşı hazırlaşmışdıq. "Sumqayıt"da üç oyunçu ön plana çıxdı. Müdafiədə etdiyimiz dəyişikliklərə baxmayaraq, yenə uduzduq.

Mövsümdə bir oyunumuz qalıb. "Ordu" ilə matça yaxşı hazırlaşıb müntəzəm mövsümü yüksək notlarla bitirməyi düşünürük. Uğurlu olmaq istəyirik", - deyə Ş.Əsgərov vurğulayıb.

"Sumqayıt" - "Ordu" qarşılaşması birincilərin 112:103 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
58
5
sportinfo.az

10Sources