EN

Qulaqlarda cingilti: Alimlər dərmansız xilas olmağın maraqlı üsulunu kəşf etdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qulağı və beyni birləşdirən sinirlərin qismən "söndürülməsi" tinnitusdan - qulaqda daimi cingiltidən xilas olmağa kömək edə bilər.
Oxu.Az-ın xəbərinə görə, ABŞ-nin Con Hopkins Universitetinin alimlərinin bu kəşfi barədə universitetin saytında məlumat verilib.
Məlumata görə, tinnitusun inkişaf mexanizmi daxili qulağın səs dalğalarını beyin üçün elektrik siqnallarına çevirən hissəsində tük hüceyrələrin zədələnməsi ilə başlayır. Bu hüceyrələr, məsələn, yüksək səslər və ya qocalma səbəbindən zədələndikdə, bəzi sinirlər tərs istiqamətdə - beyindən qulağa doğru işləməyə başlayır və nasaz audiosistemdə səsin artırılmasına bənzər səs-küy yaradır. Alimlər bu prosesi "geri əlaqə" adlandırırlar.
Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübələr zamanı qulaqdan beyinə gedən sinirlərin bir hissəsini "söndürüblər". Bundan sonra optik koqerent tomoqrafiya texnologiyasından (bədənin daxili strukturlarını real vaxtda görməyə imkan verir) istifadə etməklə, səs dalğalarını beyin üçün elektrik siqnallarına çevirən hissənin daha aktiv işləməyə başladığını müşahidə ediblər.
Alimlərin sözlərinə görə, "geri kanalların" bloklanması insanlarda tinnitus əlamətlərini azalda və ya tamamilə yox edə bilər. Lakin bu texnikanın effektivliyinin yoxlanması üçün könüllülərin iştirakı ilə tədqiqatlara ehtiyac var.
Chosen
53
18
oxu.az

10Sources