EN

Məktəblini sinif yoldaşları dağa apararaq DÖYDÜLƏR

Şəkidə məktəblilər arasında dava birinin xəsarət alması ilə nəticələnib. Şəhər məktəblərindən birinin 11-ci sinif şagirdini 4 nəfər sinif yoldaşı dağa apararaq vəhşicəsinə döyüb.

 

AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki,  məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Şəki şəhərində məktəblinin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı martın 9-da ailə üzvlərinin müraciəti əsasında ərazi polis orqanında araşdırmalara başlanılıb:

 

"Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb və zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

 

Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq toplanmış material üzrə qərar qəbul olunacaq".

Chosen
47
21
azedu.az

10Sources