EN

Azərbaycan Ordusunun mövqeləri yenə atəşə tutulub -YENİLƏNİB

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

Senzor.az bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı yeni məlumatda belə deyilir. 

 

** 15:11

 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Chosen
69
49
senzor.az

10Sources