EN

Təyyarə dənizə düşdü - 6 nəfər öldü

Mərkəzi Amerika ölkəsi Hondurasda içərisində 17 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb.   Manset.az xəbər verir ki, ilkin məlumata görə, 6 nəfər həyatını itirib. Roatan qubernatoru Huqo Varela jurnalistlərə bildirib ki, Xuan Manuel Qalvez hava limanından Trujilyoya qalxan təyyarə havaya qalxdıqdan az sonra Roatan adasının sahillərində dənizə düşüb.

Axtarış-xilasetmə işləri nəticəsində indiyədək 6 nəfərin cəsədinin tapıldığını və qrupların işlərini davam etdirdiyini bildirib.

Yerli mətbuatın məlumatına görə, təyyarə dənizə çırpıldıqdan sonra alovlanıb. 

Chosen
14
1
manset.az

2Sources