EN

İmsakda çay içmək olmazmış - İNANILMAZ SƏBƏB

Ramazan ayında düzgün maye istehlakı vacibdir.

Bizim.Media xəbər verir ki, sahurda çay içilməməlidir, çünki tünd çay bədəndən maye itkisinin artmasına səbəb olur və gün ərzində ağız quruluğu yaradır.

Çay bədənin ehtiyacı olan mayenin ifrazını sürətləndirərək vitamin və mineral itkisinə yol açır.

Sahurda çay yerinə süd və ayran içilməsi tövsiyə olunur. Süd zülal və kalsium sayəsində tox saxlayır və mədəni sakitləşdirir, ayran isə susuzluğu azaldır və həzmi dəstəkləyir. Təzə sıxılmış meyvə şirələri də enerjini artırmaq üçün faydalıdır.

Ən önəmli içki isə sudur. Sahurda kifayət qədər su içmək gün ərzində rahat oruc tutmağı təmin edir. Qəhvə və karbohidratla zəngin qidalardan isə uzaq durmaq məsləhətdir. (musavat.com)

Bizim.Media

Chosen
21
1
bizim.media

2Sources