2024-cü ildə Azərbaycanın xalis maliyyə aktivləri 2 milyard 707,6 milyon ABŞ dolları artıb.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 16,8 % azdır.

İllik artım xaricə yönəldilmiş birbaşa investisiyaların 742,4 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən 2,5 dəfə az), portfel investisiyalarının 700,4 milyon ABŞ dolları artması (əvvəlki il azalma olub), digər investisiyaların isə 1 milyard 264,8 milyon ABŞ dolları artması (9 % az) hesabına baş tutub.