EN

Tədiyə balansının ehtiyat aktivləri azalıb

Bakı. Trend:

Ötən il kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 75.5milyon dollar, xalis maliyyə öhdəlikləri isə 862.4 milyon dollarazalıb.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, hesabat ilində kreditlər və ssudalar üzrə xalismaliyyə öhdəlikləri bank (105.9 milyon dollar) sektorunun vəmüəssisələrin kreditləri (57.8 milyon dollar) hesabına artıb,neft-qaz sektorunun kreditləri (227.4 milyon dollar), dövlətkreditləri (422.9 milyon dollar) və dövlət zəmanətli kreditlər(375.8 milyon dollar) hesabına isə azalıb. Depozitlər və nağdvalyuta üzrə xalis maliyyə aktivləri 252.9 milyon dollar azalıb,xalis maliyyə öhdəlikləri isə 191.7 milyon dollar artıb.

2024-cü il ərzində tədiyə balansının ehtiyat aktivləri 0.4milyard dollar azalıb.

Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər vəburaxılışlar mənfi 106.7 milyon dollar həcmində olub.

Chosen
19
az.trend.az

1Sources