Moskva, Bakı və İrəvandan ibarət üçtərəfli işçi qrupu ləğv olunmayıb, Rusiya tərəfdaşlarının xahişi ilə öz işini davam etdirməkdən məmnun olacaq.
Modern.az xəbər verir ki, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının konqresində baş nazirin müavini Aleksey Overçuk bildirib.
“Baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu 10 noyabr 2020-ci il tarixli bəyanat çərçivəsində müvafiq olaraq Rusiya Federasiyası, Ermənistan və Azərbaycan dövlət başçılarının birgə imzası ilə müəyyən edilib. İndi üçtərəfli işçi qrupu yuxu vəziyyətdədir. Lakin biz bilirik ki, bu mövzuda tərəfdaşlar arasında təmaslar aparılır”, - deyə o, müvafiq sualı cavablandırıb.
“Üçtərəfli işçi qrupunu heç kim ləğv etməyib və əgər tərəfdaşlar bizimlə əlaqə saxlasalar və biz bir növ faydalı ola bilsək, əlbəttə ki, bu işi davam etdirməkdən məmnun olarıq. Amma bu, tərəfdaşlardan asılıdır”, - Overçuk əlavə edib.