EN

Sumqayıtda ana və azyaşlı oğlunu maşın vurdu

Bu gün səhər saatlarında Sumqayıtda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib .

“Qafqazinfo”nun məlumatına görə, hadisə 4 nömrəli məktəbin yaxınlığında baş qeydə alınıb.

Hadisə zamanı üçüncü sinif şagirdi Əmənli Nurlan və anası Bağışova Sevil ciddi xəsarətlər alıb. Azyaşlıda iki ayağından sınıq aşkarlandığı, ananın isə komada olduğu bildirilir.

Laçın rayon sakini olan hər iki şəxs Sumqayıtda aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

Chosen
6
4
qafqazinfo.az

10Sources