EN

Bu ölkə "Formula 1" yarışına ev sahibliyi etməyi planlaşdırır

Bakı. Trend:

Tailandın baş naziri Petonqtarn Çinavat “Formula 1”in başdirektoru Stefano Domenikali ilə ölkədə dünya çempionatınınkeçirilməsi mümkünlüyü ilə bağlı danışıqlar aparıb.

Trend xəbər verir ki, bubarədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, hökumət bu məqsədə nail olmaq üçün "Formula 1"rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazırdır.

Qeyd edilib ki, layihə təsdiq olunarsa, yarış 2027-ci ildəkeçiriləcək.

Məqalədə:
Chosen
25
4
az.trend.az

7Sources