EN

Füzulidə torpaq çərşənbəsi: Azadlığın və bayramın qovuşduğu an

Füzuli rayonu işğaldan azad edildikdən sonra, 2025-ci ilin Novruz Bayramı Füzuli rayon Dədəli kəndində xüsusi bir əhəmiyyət kəsb etdi.

QHT.az xəbər verir ki, kənd sakinləri, torpaqlarına qayıdışın simvolu olaraq, bayramın ilaxır çərşənbəsi – Torpaq çərşənbəsini qeyd etdilər. Bu il Dədəli kəndində tonqal qalama mərasimi keçirildi. Bu qədim ənənə, yalnız bayram sevincini deyil, həm də torpaqlarına olan bağlılığı və Vətən sevgisini bir daha ifadə etdi. Kənd sakinləri, azadlığa qovuşmuş torpaqda birlikdə bayramın əhval-ruhiyyəsini yaşadılar.

Torpaq çərşənbəsi, həm də Füzuli rayonunun bərpa və inkişafına başlamağın simvolu oldu. Dədəli kəndi sakinləri, bu bayramda öz köklərinə və ənənələrinə bağlı olduqlarını bir daha nümayiş etdirdilər.

 

Pərvanə Fərhadqızı

Chosen
21
qht.az

1Sources