EN

Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir – SİYAHI

Ötən il fiziki şəxslər tərəfindən Azərbaycana xarici ölkələrdən 1 milyard 82 milyon 873 min dollar pul göndərilib.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə xaricdən göndərilən pulun miqdarı 35,6% və ya 572 milyon dollar azalıb.

Qeyd edək ki, Azərbaycana ən çox Rusiyadan pul göndərilib. Ötən bir il ərzində xaricdən köçürülən pulların 45,9%-i (496,7 milyon dollar) Rusiyanın payına düşüb. Rusiyadan göndərilən pullar əvvəlki illə müqayisədə 2 dəfədən çox azalıb. Belə ki, 2023-cü ildə Rusiyadan Azərbaycana 1 milyard 47,5 milyon dollar göndərilib.

Ötən il Azərbaycana ən çox aşağıdakı ölkələrdən pul köçürülüb:

Rusiya – 496,5 milyon dollar (ümumi pulların 45,9%-i);
Türkiyə – 175,9 milyon dollar (16,2%);
ABŞ – 65 milyon dollar (6%);
Gürcüstan – 35,3 milyon dollar (3,3%);
Böyük Britaniya – 33,9 milyon dollar (3,1%);
Birləşmiş Ərəb Əmirlikləri – 31,7 milyon dollar (2,9%);
Almaniya – 24,1 milyon dollar (2,2%);
Qazaxıstan – 23 milyon dollar (2,1%);
Səudiyyə Ərəbistanı – 20,5 milyon dollar (1,9%);
Avstriya – 15 milyon dollar (1,4%);
İsrail – 13,6 milyon dollar (1,3%);
Qətər – 12,5 milyon dollar (1,2%);
Fransa – 11,8 milyon dollar (1,1%).

Chosen
4
2
nocomment.az

3Sources