EN

Zelenskidən Putin-Tramp danışığına: Hələ işə yaramır...

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır.

Axar.az xəbər verir ki, bunu çərşənbə axşamı brifinqdə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Yəni, bu, prinsipcə, baş verənlərə cavabdır. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini verdilər", - Zelenski bildirib.

Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ tərəfindən tam atəşkəs təklifi irəli sürülüb. Baxmayaraq ki, Ukraynanın təklifi enerji obyektlərinə, həmçinin silsilə zərbələrin dayandırılması ilə bağlı idi.

"İndi qaldırılan yeganə sual enerji sektoruna zərbə vurmamaqdır. Hələlik əlavə məlumatım yoxdur. Düşünürəm ki, Prezident Trampla söhbətimiz olub, rusların amerikalılara nə təklif etdiyini və ya amerikalıların ruslara nə təklif etdiyini təfərrüatlarını bilsək, düzgün olardı", - deyə Zelenski vurğulayıb.

O bildirib ki, Amerika tərəfi Ukrayna ilə razılaşmalara hörmətlə yanaşaraq, Ciddədə Ukrayna ilə müzakirə olunan təklifləri irəli sürüb.

Qeyd edək ki, ötən gün Putin və Tramp arasında telefon danışığı baş tutub.

Chosen
11
10
axar.az

10Sources