Ukrayna enerji sahəsində atəşkəslə bağlı təklifləri dəstəkləyəcək, lakin razılaşmanın tərəfləri ilə bağlı bütün detalları ictimaiyyətə açıqlamaq lazımdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Putin-Tramp danışığına reaksiya verərkən bildirib.
"Donald Trampdan, Amerika tərəfdən təfərrüatı aldıqdan sonra biz öz cavabımızı verəcəyik, onu hazırlayacağıq və komanda texniki danışıqlara hazır olacaq", - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, ötən gün Putin və Tramp arasında telefon danışığı baş tutub.