EN

Maskın departamenti ABŞ Sosial Təminat Xidmətinin bazasında üç milyondan çox "ölü" aşkar edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Sosial Təminat Xidməti reyestrində yaşı 120-369 arasında olan milyonlarla amerikalının məlumatlarını aşkar etdikdən sonra infrormasiya bazasını yeniləməyə qərar verib.
Oxu.Az xəbər verir ki, bu barədə sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin Hökumətin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.
"Son iki həftə ərzində ABŞ Sosial Təminat Xidməti öz qeydlərində kütləvi təmizlənməyə başlayıb. Yaşı 120-dən yuxarı təxminən 3.2 milyon sosial müdafiə nömrəsinin sahibi hazırda "ölənlər" siyahısındadır. Hələ görüləcək çox iş var", - deyə DOGE-nin "X" sosial şəbəkəsindəki hesabında qeyd olunub.
Chosen
60
1
oxu.az

10Sources