EN

Elm dünyası şokda: ABŞ-də 380 milyon il yaşı olan qalıqlar zibilliyə atıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin UPS çatdırılma xidməti ödəniş etməyən Nyu-Cersi universitetinin səhlənkarlığı səbəbindən 380 milyon il yaşı olan daşlaşmış qalıqları zibilliyə atıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "NBC News" telekanalı mənbəyə istinadən xəbər verib.
Bildirilir ki, bu hadisə ilə əlaqədar Uilyam Paterson Universitetinin ətraf mühit elmləri professoru və paleontoloq Martin Bekker universiteti məhkəməyə verib.
İddiaya görə, amerikalı professor həmkarı ilə birlikdə Devon dövrünə aid dəniz onurğasızlarının daşlaşmış qalıqlarından ibarət kolleksiyaya həsr olunmuş monoqrafiya yazmağı planlaşdırıb.
Ötən ilin iyunun 20-də Bekker təxminən 200 daşlaşmış qalığı 19 ayrı qutuda qablaşdırıb ki, kolleksiyanı Floridadakı həmkarına göndərsin. Həmin gün bağlamalar universitetin poçt şöbəsinə çatdırılıb və poçt şöbəsinin rəhbəri Raymond Buna təhvil verilib.
Çatdırılma üzrə ixtisaslaşan UPS şirkəti bağlamaları götürüb, lakin bir neçə gün sonra professorun həmkarları ona qalıqların çatdırılmadığını bildiriblər.
Bir neçə ay sonra - sentyabrın 20-də poçt şöbəsinin müdiri Bekkerə bildirib ki, bağlamalar, ola bilsin ki, UPS-in dələduzluqla mübarizə şöbəsindədir. Alim nəqliyyat şirkəti ilə əlaqə saxlayıb və ona bildirilib ki, Uilyam Paterson Universiteti lazımi hesabları ödəməyib, nəticədə universitetin sifarişi ləğv edilib.
"Müştərimiz öyrəndi ki, bağlamalar Tennessi ştatının Neşvil şəhəri və ya onun ətrafında müəyyən edilməmiş bir zibilliyə atılıb", - deyə məhkəmə iddiasında qeyd olunur.
Bekker kolleksiya üçün zərərin, həmçinin emosional stres üçün tibbi xərclərin ödənilməsini tələb edib.
Chosen
48
50
oxu.az

10Sources