EN

Şuşada bahar bayramını belə qeyd edirlər - FOTO

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən “Şuşa baharı’’ adlı silsilə Novruz bayramı tədbirləri həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, martın 18-də “Qala qapısı”nda Keçəl, Kosa, Bahar qızın iştirakı ilə əyləncəli bayram tədbiri keçirilib, Novruz tonqalı qalanıb.

Bayram tədbirində iştirak edən Şuşa sakinləri ilk dəfə doğma Vətəndə bahar bayramını böyük fərəh, sevinc və qürur hissi ilə qeyd ediblər. 

Novruz bayramı ilə bağlı silsilə tədbirlər martın 24-dək davam edəcək. 

Bizim.Media 

Chosen
4
6
bizim.media

9Sources