EN

ADNSU-da Novruz şənliyi keçirilib

Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. 


ADNSU-dan AzEdu.az-a bildirilib ki, bayram şənliyində tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub. Tədbirdə təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetin professor-müəllim heyətini və tələbələri milli bayram münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.


Bu gün bütün suveren Azərbaycan torpaqlarında xalqımızın əsirlərdən süzülüb gələn adət-ənənələrini özündə birləşdirən, birlik və bərəkətin ifadəsi olan Novruz bayramının qeyd olunduğunu deyən dosent Rüfət Əzizov universitetin çoxminli kollektivinə, eləcə də bütün Azərbaycan xalqına əmin-amanlıq, bol ruzili illər, möhkəm cansağlığı arzulayıb.  Novruz şənliyi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının bir-birindən fərqli rəqs nömrələri, Novruz bayramının məşhur personajları - kosa ilə keçəlin təqdimatında maraqlı səhnəciklər, müxtəlif oyunlar və “Dərviş bənd” qrupunun maraqlı musiqi nömrələri ilə davam edib. 


Sonra universitetin həyətində bayram tonqalı qalanıb.

Chosen
20
41
azedu.az

10Sources