EN

Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun onlayn görüşü keçirilib



Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Klaudio Kaxado arasında onlayn görüş keçirilib.



Newscenter.az xəbər verir ki, görüşdə Müşfiq Məmmədli və Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar Bayramov ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti, iki ölkə arasında iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərini açıqlayıblar.

Süleyman
Chosen
16
7
newscenter.az

8Sources