EN

Azərbaycanın dağlıq ərazilərinə qar yağıb

Azərbaycanın

Martın 19-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əvvəlcədən xəbər verildiyi kimi, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Tovuzda 20 m/s, Mingəçevir, Daşkəsən, Naftalan və Yardımlıda 18 m/s, Şamaxıda 16 m/s, Şəki və Şuşada 15 m/s-dək güclənib.

Dağlıq ərazilərə qar yağıb, qarın hündürlüyü Şahdağda 2 sm təşkil edir.

Reyting.az
Chosen
13
22
reyting.az

10Sources