EN

Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başladılan istintaq çərçivəsində Əkrəm İmamoğlu və mətbuat müşaviri Murat Ongun da daxil olmaqla 100 nəfər haqqında həbs qərarı çıxarılıb. İstanbul Respublika Baş Prokurorluğu istintaqla bağlı açıqlama verib.

XəzərNews.az Türkiyə mediasına istinadla xəbər verir ki, Prokurorluq istintaqın “Mütəşəkkil Cinayətkarlığa Qarşı İstintaq Bürosu” tərəfindən aparıldığını bildirib.

İmamoğlunun “təşkilat rəhbəri” adlandırıldığı halda, sözügedən təşkilatın “iş adamlarını pul verməyə məcbur etdiyi, bəzi iş adamları ilə hərəkət edərək haqsız qazanc əldə etdiyi, lombard vasitəsilə alqı-satqı edərək cinayət yolu ilə əldə etdikləri pulları yuduğu, “gizli seyf” adlandırılan mülki şəxslərdən pul köçürmə və yığım işlərində istifadə etdiyi iddia edilir.

Xəbər 3 dəfə oxunub.
Chosen
32
8
xezernews.az

10Sources