EN

Ukraynada müharibənin həlli üzrə növbəti danışıqların vaxtı açıqlanıb

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkofun "Fox News" verdiyiməlumatagörə, atəşkəs sazişi üzrə danışıqlar bazar günü Ciddə şəhərində aparılacaq.

Vitkof diqqətə çatdırıb ki, tərəflərin Qara dənizdəki enerji infrastrukturu və hədəflərə dair atəşkəsə razılıq verəcəkləri gözlənilir.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında ilk telefon danışığı baş tutub. Onlar Ukraynada atəşkəs məsələsi ətrafında müzakirələr aparıblar.

Firudin Həmidli
AzVision.az
Chosen
17
azvision.az

1Sources