EN

Mərkəzi Bank daha bir sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 1 fiziki şəxsə – Həsənov Habil Ata oğluna verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

FED.az xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar martın 13-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziya “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.8-ci maddəsinə müvafiq olaraq (fiziki şəxs olan lisenziya sahibi məqbul, lazımi keyfiyyətlərə malik olmadıqda və yaxud öldükdə) ləğv olunub.

Chosen
4
4
fed.az

5Sources