EN

Xətai rayonunda 28 kq narkotik aşkarlanıb - VİDEO

Xətai rayonunda 28 kiloqram narkotik vasitə aşkarlanıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 35 yaşlı Orxan Bayramlı və 31 yaşlı Fuad Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 17 kiloqram heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri sifariş əsasında satış məqsədi ilə deyiləcək ünvana çatdırmalı imişlər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edilib ki, cari ilin əvvəlindən Xətai rayonunda narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümümilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 28 kiloqram müxtəlif xassəli narkotik vasitə 553 ədəd preqabalin, 147 ədəd metadon, 107 ədəd tramadol həbi, 1 ədəd “Makarov” tapançası və 8 ədəd patron çıxarılıb.

​​​​​​"Cebheinfo.az"

Chosen
4
17
cebheinfo.az

10Sources