EN

İmamoğlu saxlanılan kimi dollar kəskin bahalaşdı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Türkiyənin milli valyutası növbəti dəfə tarixi minimumunu yeniləyib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, səhər saatlarında İstanbul bələdiyyəsində səs-küylü həbslər fonunda dollar 40,94 lirəyə, avro isə 44,52 lirəyə qalxıb.

Daha sonra isə nisbi sabitlik yaranıb və dollar 39,35, avro 42,26-ya qədər geriləyib.

Ötən gün isə dollar 36,6 lirə civarında idi.

Qeyd edək ki, bu gün səhər İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluna qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.

Chosen
6
1
konkret.az

6Sources