EN

Trampın xüsusi nümayəndəsi Fiona Hill: "Putin Trampla məzələnir"

Trampın 2017-2019-cu illərdə Avropa və Rusiya üzrə xüsusi nümayəndəsi Fiona Hill çox maraqlı müsahibə verib:

- Tramp ümumiyyətlə öz həmsöhbətlərinə çox da qulaq asmır, onun üçün əsas göstərici həmsöhbətin davranışıdır. Mən Trampın Putinə ilk telefon zəngini dinləyəndə rusları diqqətlə araşdırırdım. Tərcüməçi daim kəskin ifadələri yumşaldır və Putinin dediklərinin tam mahiyyətini çatdırmırdı. Putin dediyi sözləri seçirdi və tez-tez Trampa açıq-aşkar istehza edirdi. O, bunu cümlə quruluşunda, kontekstdə, eyhamlarla edirdi, amma tərcüməçi bunların hamısını yumşaldırdı. Zəngdən sonra isə Tramp hətta çap olunmuş mətnləri və bizim şərhlərimizi heç oxumurdu. O, buna heç bir əhəmiyyət vermirdi. İndi Uitkoff Putinlə üç saat oturub söhbət etmişdi. Sizcə, onlar Putinin rusca dediyi hər sözü yazıb sonra təhlil edirlər? Onlar əslində onun nə dediyini gözdən qaçırırlar.

Klassik bir hadisə Osaka şəhərində G-20 sammitində baş verib. Tramp və Putin danışırlar, Putin ona öz yeni hipersəs raketlərindən danışır. Tramp dinləyir və cavab verir: "Oh, mən onları əldə etmək istərdim". Putin isə istehzalı bir tərzdə deyir: "Hə, hə, əlbəttə, sən onları əldə edəcəksən". Amma tərcüməçi bunu olduğu kimi tərcümə edir. Onlar danışmağa davam edirlər və İsrail mövzusuna keçirlər. Tramp başlayır öyünməyə ki, "Heç kim İsrail üçün mənim qədər çox şeylər etməyib", və başlayır etdiklərini sadalamağa. Putin onu dinləyir və tamamilə istehzalı bir tonla – elə ki, rus dilini bilən hər kəs bunun lağ olduğunu anlayır – cavab verir: "Eşq olsun sənə, Donald. Bəlkə İsrail sənin şərəfinə bir ölkə olaraq adlandırsın?". Amma tərcüməçi bunu sözbəsöz tərcümə edir, Tramp isə başa düşmür ki, onunla sadəcə məzələnirlər.

Kamran Cəfərov

visiontv.az



Chosen
18
visiontv.az

1Sources