EN

Premyer Liqanın 3 klubunun “radar”ındadır - 25-30 milyon təklif etməyi planlaşdırır

“Tottenhem”in yarımmüdafiəçisi İv Bissuma yay transfer pəncərəsində komandasını tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının üç klubunun – “Aston Villa”, “Kristal Pelas” və “Everton”un “radar”ındadır.

Bundan əlavə, Fransanın bir neçə klubu da Bissumanın xidmətində maraqlıdır və onun üçün təxminən 25-30 milyon avro təklif etməyi planlaşdırır.

Fil Dişi Sahilindən olan futbolçu bu mövsüm bütün turnirlərdə 35 matçda meydana çıxıb və 2 qol vurub. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Chosen
29
11
sportinfo.az

10Sources