EN

AHİİTA idmançıları zona birinciliyində fəxri kürsüdə yer alıblar

Şəkidə keçirilən məktəblilər arasında boks idman növü üzrə zona birinciliyi başa çatıb.

“İki sahil” xəbər verir ki, zona yarışlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları bu yarışda uğurla çıxış edərək fəxri kürsüdə yer alıblar.

AHİİTA-nın təmşilçilərindən Rəsulov Mehran (75 kq), Ağakişiyev Yusif (80 kq), Məmmədov Yusif (50 kq) fərqlənməyi bacarıblar.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası boks idman növü üzrə zona birinciliyində fəxri kürsüdə yer alan idmançılarını qazandıqları uğura görə təbrik edir, final mərhələsində yeni qələbələr arzulayır.

Chosen
6
ikisahil.az

1Sources