EN

Azarkeşlər “Qarabağ”ı ziyana saldı

"Qarabağ" klubu azarkeşlərinə görə 1500 manat cərimələnib.

News24.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Ağdam təmsilçisinin cərimələnməsinə Misli Premyer Liqasının XXVII turunda “Kəpəz”lə matçdan sonra azarkeşlərin p*rotexniki vasitədən istifadə etmələri olub. Nəticədə klub 1500 manat ziyana düşüb.

AFFA "Sabah"ı da cəzalandırıb. XXVII turda “Zirə” ilə matçda Əsasnamənin tələblərinin pozulması "Sabah”ı 500 manat ziyana salıb.


Chosen
6
12
news24.az

10Sources