EN

Vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - DETALLAR AÇIQLANDI- YENİLƏNİB

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınovun döyülməsi ilə bağlı bəzi məqamlar məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Ş.Laçınov səkkiz aydır ki, sözügedən təhsil müəssisəsinə rəhbərlik edir.

"33 yaşı var. "Yüksəliş" müsabiqəsinin finalçısı olub. Mühasib isə 15 ildir burada işləyir. Hansısa səbəbdən aralarında mübahisə olub və sonda bu həddə çatıb. Hadisədən dərhal sonra UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) daxili nəzarət komissiyası kollecə gəlib. İş indi 13-cü polis bölməsində araşdırılır", - deyə məlumatda bildirilir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Pərviz Əliyev baş vermiş hadisə ilə bağlı açıqlama verib.

"18 mart 2025-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə baş vermiş hadisə ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində sağlam və təhlükəsiz iş mühitinin qorunmasına xüsusi önəm verir və etik prinsiplərin təmin olunması üçün zəruri addımlar atılacaqdır. Hadisənin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə P.Əliyev bildirib.

***

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlamasında bildirib ki, hadisə barədə daxil olmuş müraciət əsasında hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

Müvafiq ekspertiza təyin olunub.

Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək.

***

Martın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

Avtosfer.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu iddia ilə kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxış edib.

Tarix müəllimi direktorla bağlı sensasion iddialar səsləndirib.

Q.Muxtarlı bildirib ki, direktor heç zaman heç bir dərsə girməyib. Tarix müəlliminin sözlərinə görə, Şəhriyar Laçınov kolleci "cərimə ilə özünü maliyyələşdirən nümunəvi tədris müəssisəsinə" çevirib.

Kollecin müəllimi direktorun sonuncu kurs tələbəsinə iki kəsirə görə 1 450 manat pul ödətdirdiyini də vurğulayıb.

Q.Muxtarlı bildirib ki, bir semestrdə minə yaxın kəsir əmələ gəlib. Nəhayət, bütün bu olanlardan bezən insanlar direktoru döyüblər.

Chosen
8
10
avtosfer.az

10Sources